Hollivud tətilinə görə "Emmi" mükafatlandırılması təxirə düşdü

Hollivud tətilinə görə "Emmi" mükafatlandırılması təxirə düşdü
  10 Avqust 2023    Oxunub:1799
Sentyabrın 18-də keçirilməsi planlaşdırılan 75-ci Emmi Televiziya Mükafatları Hollivudda aktyor və yazıçıların tətili səbəbindən 15 yanvar 2024-cü il tarixinə təxirə salınıb.
AzVision.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Tədbirin yeni tarixi afroamerikalı hüquq müdafiəçisinin doğum gününə həsr olunmuş ictimai bayram olan Martin Lüter Kinq Gününə təsadüf edir.

2001-ci ilin 11 sentyabr hücumları və oktyabrın 7-də ABŞ-ın Əfqanıstanda hərbi əməliyyatına başlaması tarixindən bəri "Emmi" mərasimi ilk dəfə təxirə salınıb.

Təxminən 160 000 aktyorun maraqlarını təmsil edən Amerika Televiziya və Kino Aktyorları Federasiyasının tətili iyulun 14-də başlayıb və faktiki olaraq ABŞ kino sənayesində bütün istehsalı dayandırıb. Aktyorlar daha yüksək maaşlar və iş vaxtından artıq iş üçün təzminat tələb edir, həmçinin film istehsalında süni intellektdən istifadənin məhdudlaşdırılmasını tələb edirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti