Məktəbəhazırlıq qruplarına qəbul başlayır

Məktəbəhazırlıq qruplarına qəbul başlayır
  09 Avqust 2023    Oxunub:1175
Avqustun 9-da saat 11:00-dan 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir.
Bu barədə AzVision.az -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 11 avqust saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 15 avqust saat 11:00-da aktiv ediləcək.

Qeyd edək ki, 2023-2024-cü tədris ilindən özəl ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul da mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti