Sabah məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

   Sabah məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
  08 Avqust 2023    Oxunub:1426
Sabah saat 11:00-dan 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start veriləcək.
Bu barədə AzVision.az -a Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 11 avqust saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 15 avqust saat 11:00-da aktiv ediləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti