Ucuz separatizm – KARİKATURA

   Ucuz separatizm –    KARİKATURA
  05 Avqust 2023    Oxunub:3664
İyul ayının ortalarında Qarabağdakı erməni separatçıları Ağdam-Xankəndi yolunu bağladılar. Başqa sözlə, Azərbaycanın öz suveren ərazisinə gedən yolunu kəsdilər.
Bu, görünməmiş axmaqlıq idi. Çünki Ağdam-Xankəndi yolundan həm də Qarabağda yaşayan ermənilərə müxtəlif yüklərin, o cümlədən, ərzaq və dərmanın daşınması üçün istifadə olunacaqdı. Ermənilər o yolu kəsməklə özlərini blokadaya, daha doğrusu, avtoblokadaya aldılar.
Özümüzü Qalib Xalq kimi aparaq! - Ədalət Verdiyevin yazısı

Qəribədir ki, bunu edəndən sonra ermənilər dünyanın niyə onlara dəstək verməməsinə təəccüblənirlər. Səbəb sadədir: çünki dünya ağlını itirməyib.

Belə vəziyyətdə Xankəndidəki mağazaların piştaxtalarının boşalmasında təəccüblü heç nə yoxdur: O piştaxtaları dolduracaq mallar Ağdam yolu ilə gəlməli idi. Yolu isə elə özləri bağlayıblar. Nəticədə indi piştaxtalarda ərzaq əvəzinə separatizmin nemətləri düzülüb. Ən ucuzundan. Alıb, dadına baxa bilərlər.

Karikatura: Nuray
Mətn: T.Həsənov

Qalereya




Teqlər:   Qarabağ  





Xəbər lenti