Türkiyə Ordusunda dəyişiklik: Qərargah rəisi və ilk qadın admiral təyin edildi
Şuranın qərarına əsasən, Baş Qərargah rəisinin müavini, ordu generalı Səlçuq Bayraktaroğlu Quru Qoşunlarının komandanı təyin edilib. Ordu generalı Ziya Camal Kadıoğlu Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinə gətirilib.
Bundan başqa Ali Hərbi Şuranın qərarı ilə 32 general və admiralın rütbəsi artırılıb. Həmçinin 63 polkovnikə general və ya admiral rütbəsi verilib. Eyni zamanda Türkiyə Silahlı Qüvvələrində ilk dəfə olaraq qadına admiral rütbəsi verilib.
Qərarla Hərbi Dəniz Qüvvələri Komandanlığında qərargah polkovniki Gökçen Fırat admiral rütbəsinə yüksəlib. Bununla da Gökçen Fırat Türkiyə Silahlı Qüvvələrinin ilk qadın admiralı olub.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin əvvəlki Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər iyunun 3-də milli müdafiə naziri təyin olunub.
AzVision.az
Teqlər: