NATO Ukraynaya hərbi yardım edəcək

NATO Ukraynaya hərbi yardım edəcək
  05 İyun 2014    Oxunub:783
NATO-nun baş katibi Anders Foq Rasmussenin sözlərinə görə, alyans Ukrayna silahlı qüvvələrinin modernləşdirilməsi ilə bağlı planı yekunlaşdırır.
O, Brüsseldə blokun hərbi nazirlərinin baş tutan görüşündən sonra bu bəyanatla çıxış edib.

Rasmussen bildirib ki, Ukrayna və onun ordusunda islahatların effektivliyinin aparılması ilə bağlı tədbirlər paketi yaxın həftələrdə hazır ediləcək. NATO baş katibi planın detallarını açıqlamaqdan imtina edib. Lakin o, eyni zamanda qeyd edib ki, bir sıra ölkələr individual şəkildə Kiyevə texniki, mənəvi və mütəxəssis köməkliyi göstərməyə hazırdır.

Rasmussen bildirib ki, bununla bağlı son qərar bu barədə son qərar cari ayda keçiriləcək alyansın xarici işlər nazirlərinin görüşündə qərar veriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti