Televiziyalarda klassik Azərbaycan filmləri nümayiş olunacaq

Televiziyalarda klassik Azərbaycan filmləri nümayiş olunacaq
  02 Avqust 2023    Oxunub:1419
“Azərbaycan kinosu həftəsi”ndə televiziyalarda klassik Azərbaycan filmləri nümayiş olunacaq.
Bu barədə AzVision.az -a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, 2023-cü il kinematoqrafiyamız üçün xüsusilə əlamətdardır. Çünki Azərbaycan kinosunun 125, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaradılmasının isə 100 illiyi qeyd olunur.

Bildirilib ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 2-9 avqust tarixlərində ölkədə fəaliyyət göstərən televiziya kanallarında “Azərbaycan kinosu həftəsi” adı altında klassik filmlərimizin nümayişi həyata keçiriləcək.

Kino Günü münasibətilə həmçinin kinoteatrlarda da Azərbaycan filmlərinin retrospektiv baxışı təşkil ediləcək. Aksiya çərçivəsində milli filmlərimizi izləmək üçün kinoteatrlara giriş sərbəst olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti