Əməkdar incəsənət xadimi Cəmil Fərəcov vəfat edib

Əməkdar incəsənət xadimi Cəmil Fərəcov vəfat edib
  01 Avqust 2023    Oxunub:1053
Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov 77 yaşında vəfat edib.
Bu barədə AzVision.az -a ittifaqdan məlumat verilib.

O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. 1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyir.

Əməkdar incəsənət xadimidir. Ailəlidir, iki övladı, üç nəvəsi var.

AzVision.az



Teqlər:





Xəbər lenti