Aktyorlar məzuniyyət pullarını ala bilmirlər

Aktyorlar məzuniyyət pullarını ala bilmirlər
  29 İyul 2023    Oxunub:1813
Akademik Milli Dram Teatrının aktyorları məzuniyyət pullarını ala bilmirlər.
Bu barədə teatrın aktyoru, Xalq artisti Ramiz Məlik məlumat verib.

O, teatrın iyul ayının 21-dən məzuniyyətə yollandığını vurğulayb:

“Hələ nə iyul ayının maaşı, nə də məzuniyyət pulu Maliyyə Nazirliyi tərəfindən ödənilməyib. Elə bil Samir Şərifovun şəxsi puludur, bu nə deməkdir? İyul ayı qurtarır, sonra nə olacaq bilinmir”.

Məsələ ilə bağlı Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı Qaynarinfo.az-a bildirib ki, sözügedən problemi həll etmək teatrın səlahiyyətində deyil.

AzVision.az



Teqlər:





Xəbər lenti