Mariya Stadnik Polşada çempion oldu

Mariya Stadnik Polşada çempion oldu
  27 İyul 2023    Oxunub:1515
Polşanın paytaxtı Varşavada güləş üzrə “Poland Open” turniri davam edir.
AzVision.az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, yarışın 2-ci günündə bir güləşçimiz mübarizə aparıb.

Mariya Stadnik (50 kq) gözlənildiyi kimi, uğurlu çıxış edib. Dünya qadın güləşinin canlı əfsanəsi finaladək kanadalı Keti Dutçaka, polşalı Amanda Tomçikə və Kanadanın digər təmsilçisi Madison Parksa "tuş"la qalib gəlib. Həlledici görüşdə təcrübəli polşalı güləşçi Anna Lukasyakla qarşılaşan Stadnik 7:0 hesablı qələbəylə "Poland Open" turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, sabah Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) turnirdə qüvvəsini sınayacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti