Diplomatik xidmətə qəbul üzrə sınaq imtahanı keçiriləcək

Diplomatik xidmətə qəbul üzrə sınaq imtahanı keçiriləcək
  27 İyul 2023    Oxunub:1536
2023-cü il iyulun 30-da Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə sınaq imtahanı keçiriləcək.
DİM-dən AzVision.az -a verilən xəbərə görə, imtahan Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında kompüterlər vasitəsilə keçiriləcək.

İmtahana qeydiyyat 2023-cü il iyunun 22-dən 21 iyul saat 18:00-dək aparılıb və bu müddət ərzində 123 namizəd qeydiyyatdan keçib. İmtahan saat 10:00-da başlanır. İştirakçılar saat 09:00-dək imtahan binasının önündə olmalıdırlar. Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti