Soma üçün yığılan pullar oğurlandı

Soma üçün yığılan pullar oğurlandı
  04 İyun 2014    Oxunub:863
Türkiyənin Soma şəhərində mədəndə baş verən partlayışdan əziyyət çəkənlərə yardım üçün yığılan pul oğurlanıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Ataşehir səmtində baş verən oğurluğu şəxsiyyəti məlum olmayan 2 qadın törədib. Belə ki, ödəmə mərkəzinə yaxınlaşan iki qadın su borcunun çox olduğunu bəhanə edərək xəzinədarın fikrini yayındırıb.

Xəzinədarın fikrinin yayınmağından istifadə edən qadınlar yardım üçün qoyulan qutunu götürüb və ödəmə mərkəzini tərk edib.

Hadisədən xəbər tutan xəzinədar dərhal polisə müraciət edib. Hazırda şübhəlilərin axtarışı davam edir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti