Rusiya Cənubi Osetiyaya 256 milyon ayırdı

Rusiya Cənubi Osetiyaya 256 milyon ayırdı
  04 İyun 2014    Oxunub:910
Rusiya baş nazirinin müavini Aleksandr Xloponin bildirib ki, Rusiya 2015-2017-ci illərdə Cənubi Osetiyanının sosial-iqtisadi inkişafına 9 milyard rubl (256 milyon dollar) yatıracaq.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Respublikaya yardım üçün investisiya proqramı Xlopinin başçılıq etdiyi hökumətlərarası komissiyalar tərəfindən təsdiqlənib.
Rusiya Cənubi Osetiyaya 2012-ci ildə 84 milyon dollar, 2013-cü ildə 47 milyon dollar, 2014-cü ildə 85 milyon dollar yatırıb. Ayrılan 256 milyon dollara mədəniyyət, təhsil, səhiyyə, idarə obyektlərinin tikintisi, o cümlədən yol infrastrukturunun yaxşılaşdırılması nəzərdə tutulub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti