SEPAH Amerika şirkətlərinə hədə-qorxu gəlir

SEPAH Amerika şirkətlərinə hədə-qorxu gəlir
  21 İyul 2023    Oxunub:1054
İki gün əvvəl Tehranın qisasından çəkinən Amerika şirkətlərinin Vaşinqtonun ələ keçirdiyi İran neftini boşaltmağa risk etmədikləri barədə xəbər vermişdik. SEPAH-ın açıqaldığı hədə həmin şirkətlərin qorxusunun əbəs olmadığını göstərir.
AzVision.az xəbər verir ki, ABŞ şirkətlərini təhdid edən SEPAH Hərbi Dəniz qüvvələrinin komandanı Əlirza Təngsiri ələ keçirilən İranın neft tankerinin yükünü boşaldan istənilən neft şirkətinin məsuliyyət daşıyacağını bildirib.

“Biz bəyan edirik ki, biz bu gəmidən neftimizi boşaltmaq istəyən neft şirkəti və eyni zamanda Amerika da məsuliyyət daşıyacaq”, - Təngsiri deyib.

Təhdidinin daha təsirli olmasına çalışan Təngsiri 2019-cu ilin iyulunda SEPAH Hərbi Dəniz qüvvələrinin Böyük Britaniyanın “Stena Impero” neft tankerini ələ keçirdiyini də xatırladıb.
Onun sözlərinə görə, həmin hadisə İranın neft tankerinin Cəbəllütariqdə ələ keçirilməsinə cavab olub.

İki gün öncə Amerikanın “Wall Street Journal” nəşri ABŞ-nin federal prokurorlarının ələ keçirilən 800 min barrel İran neftini hərraca çıxara bilmədiyini yazıb. Çünki Amerika şirkətləri İranın mümkün intiqam qorxusu səbəbindən bu neft yükünü Texasda lövbər salmış yunan neft tankerindən boşaltmaq istəmirlər.

ABŞ Hərbi Dəniz Qüvvələri, öz növbəsində, İranın son iki ildə ən azı beş ticarət gəmisini ələ keçirdiyini və onlarla başqa gəmiyə hücum etdiyini bildirirlər.
AzVision.az


Teqlər: SEPAH   ABŞ  





Xəbər lenti