Erməni jurnalistlər hansı şərtlərlə Azərbaycana gələ bilərlər?
Onun sözlərinə görə, müxtəlif dövrlərdə Tbilisidə Azərbaycan və Ermənistan jurnalistlərinin görüşləri təşkil edilib.
Torpaqlarımız işğaldan azad ediləndən sonra artıq yeni şərait yarandığını söyləyən Mətbuat Şurasının sədri qeyd edib ki, Azərbaycan qanunları çərçivəsində ölkəyə gəlmək istəyən Ermənistan jurnalistləri üçün qapı açıqdır.
XİN-in mətbuat katibi Ayxan Hacızadə isə deyib ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər zamanı xarici nümayəndə heyətlərinin tərkibində erməniəsilli jurnalistlər də olur: “Bütün səfər edənlərin Azərbaycan qanunlarına hörmət etməsi zəruri amillərdəndir. Bu istiqamətdə növbəti illərdə müsbət addımların atılması gözlənilir”.
AzVision.az
Teqlər: