İranda Sepidə Qalianın məhkəməsi ləğv olundu

İranda Sepidə Qalianın məhkəməsi ləğv olundu
  19 İyul 2023    Oxunub:1005
Siyasi məhbus Sepidə Qalianın, iyulun 19-da açıq keçirilməsi planlaşdırılan məhkəməsi hicabda “gəlmədiyi” üçün ləğv edilib.
AzVision.az “Mehr” agentliyinə istinadən bildirir ki, xanım Qalianın açıq keçiriləcəyi vədi verilən məhkəməsi, onun bütün jurnalistləri iclasda iştirak etməyə və müdafiəsini dinləməyə dəvət etməsindən bir gün sonra ləğv olunub.

Keçuyi kompleksi 2 saylı Cinayət məhkəməsinin 1207-ci şöbəsi Aminəsadat Zəbihpurun bu əmək fəalına qarşı şikayətinə “ictimai şəkildə” baxmalı idi. Lakin, xanım Qalian bir çox tövsiyyələrə baxmayaraq hicaba və İslam adətlərinə riayətdən imtina etdiyinə görə məhkəməyə göndərilməyib.

Sepidənin qardaşı Mehdi Qalian İnstaqramda onun hicaba qarşı müqavimətini təsdiqləsə də, dövlət mediasının yaydığı məlumatların əksinə olaraq, bacısının səhər saatlarında məhkəməyə aparıldığını bildirib.

2019-cu ilin dekabrında xanım Qalian bir sıra tvitlərində dindirilərkən radio müxbiri və əmək fəallarına qarşı “Tərrahi-e Suxte” reportajının aparıcısı Aminəsadat Zabihpurun nəinki “iştirak etdyini”, həm də onun əleyhinə oxumaq üçün qarşısında əvvəlcədən hazırlanmış mətn olduğunu yazıb. Bundan sonra hakimiyyət əleyhdarları arasında “müstəntiq-reportyor” kimi tanınan Aminəsadat Zabihpur, Sepidə Qalianı bu tvit dərclərinə görə məhkəməyə verib.
AzVision.az




Teqlər: İran   məhkəmə  





Xəbər lenti