İsrail və ABŞ prezidentlərinin görüşündə İranın nüvə təhlükəsi də müzakirə olunub
“Biz bir çox məsələləri, o cümlədən İrandan gələn nüvə təhlükəsini müzakirə etdik. Əlbəttə, biz İsrailin daxili vəziyyəti və bu vəziyyətin dünya üçün nə qədər əhəmiyyətli olması və nədən qaynaqlandığı barədə danışdıq. Bəzi düşmənlərimiz bəzən yanlış fikirləşirlər ki, aramızdakı bəzi fikir ayrılıqları bizim qırılmaz bağlarımıza təsir edib. Mən həqiqətən inanıram ki, əgər onlar bilsələr ki, əməkdaşlığımız son illər nə qədər artıb, pik həddə çatıb, belə fikirlər artıq onların ağlına gəlməyəcək”, - deyə Hersoq bildirib.
Həmçinin, Co Bayden Hersoqa Amerikanın İsrailə bağlılığının güclü və İsrail-ABŞ dostluğunun da sarsılmaz olduğunu deyib. Bayden bir gün əvvəl İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında da bu məqamları vurğuladığını söyləyib.
Amerika prezidenti İranın nüvə silahına yiyələnməməsi məsələsinə Vaşinqtonun sadiq qaldığını deyibb. Hersoqla görüşdə Bayden, İsrail təyyarələrinin Səudiyyə Ərəbistanının səmasında uçmasına Ər-Riyadı razı salmaq üçün Ağ evin rolunu vurğulayraq, bu müstəvidə daha çox işin görülməli olduğunu bildirib.
AzVision.az