ABŞ İranla müharibəyə hazırlaşmır

   ABŞ İranla müharibəyə hazırlaşmır
  19 İyul 2023    Oxunub:818
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, təyyarədaşıyan gəmi və ABŞ qırıcılarının Hörmüz boğazına göndərilməsi İranla müharibəyə hazırlıqla bağlı deyil.
“Biz İranı dünya neft tədarükünün təxminən 20%-ni daşıyan bu kritik dəniz marşrutu boyunca azad ticarəti təhdid edən sabitliyi pozan hərəkətləri dərhal dayandırmağa çağırırıq”, - Pentaqonun sözçüsü əlavə edib.

Miller ABŞ-ın bölgədəki hərbi varlığının artmasına səbəb kimi təhdidlərin davam etməsini göstərib. O, həmçinin vurğulayıb ki, Vaşinqton addımlarını müttəfiqləri ilə koordinasiyada atır.

AzVision.az


Teqlər:





Xəbər lenti