Bayden Britaniya Baş nazirinin sözünü yerə saldı

   Bayden Britaniya Baş nazirinin sözünü yerə saldı
  19 İyul 2023    Oxunub:764
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib ki, ABŞ prezidenti Cozef Baydenin administrasiyası onu NATO-nun baş katibi vəzifəsinə təsdiq etməkdən imtina edib, çünki onlar bu rolda daha statuslu siyasətçi görmək istəyirlər.
O, heç vaxt alyansın baş katibi olmağı planlaşdırmadığını, lakin Britaniya Müdafiə Nazirliyində fəaliyyətini davam etdirmək istədiyini vurğulayıb.

Onun sözlərinə görə, alyansa növbəti baş katibinin 2023-cü ilin əvvəlində özünün namizədliyini irəli sürməyəcəyini açıq şəkildə bildirən Niderlandın baş naziri Mark Rütte olacağı güman edilirdi. O əlavə edib ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak Baydeni razı salmaq üçün kifayət qədər səy göstərib.


AzVision.az


Teqlər:





Xəbər lenti