Aİ Belarusa silah və təyyarə hissələrinin tədarükünə qadağa qoya bilər

Aİ Belarusa silah və təyyarə hissələrinin tədarükünə qadağa qoya bilər
  19 İyul 2023    Oxunub:924
Avropa İttifaqı Belarusa silah və təyyarə hissələrinin tədarükünə qadağa qoya bilər.
Bu barədə Politico nəşri adı açıqlanmayan üç Avropa rəsmisinə istinadən xəbər verir. Qeyd olunub ki, yeni sanksiyalara Belarusu cəzalandırmaq kimi baxılır.

Bildirilib ki, paralel olaraq Aİ-də Belarus sanksiyalarının Moskvaya qarşı sanksiyalarla tam uyğunlaşdırılmasına dair danışıqlar dalana dirənib. Bu vəziyyətin səbəbi Belarus gübrələrini Aİ sanksiyalarının siyahısından çıxarılmasıdır. Bu qərarı Litva istisna olmaqla, demək olar ki, ittifaqın bütün ölkələri dəstəkləyir.


AzVision.az


Teqlər:





Xəbər lenti