Tasnim: “Küçələrdə “əxlaq patrulu” maşınları olmayacaq”
“Bu iş üçün təyin edilmiş komandaların məhkəmə səlahiyyəti var. Ola bilər ki, bəzi avtomobillərdə polis əməkdaşları ilə birlikdə “növbətçi hakim” də olsun. Növbətçi hakimin polis əməkdaşlarının yanında olması və ya onların artıq hökm çıxarması məhkəmə sistemi ilə razılaşdırılaraq həyata keçirilir. Polis icraçı və məhkəmə məmurudur, onun hökm çıxarmaq səlahiyyəti yoxdur. Bu layihədə iştirak edən bütün polis məmurları bədən kameraları ilə təchiz olunacaq. Bədən kameraları yoxdursa, lazım gəldikdə başqa kameralardan istifadə edəcəklər”, - agentliyin məlumatında deyilir.
Bütün bu vədlərə baxmayaraq, İrandakı teokratik rejimin öz mürtəce siyasətini tam şəkildə bərpa etməyə ən azı cəhd göstərəcəyi heç bir şübhə doğurmur. “Əxlaq polisi”nin yenidən bərpa olunması bunun əyani sübutudur.
AzVision.az