Krım körpüsü 2 suüstü pilotsuz aparatla vurulub - VİDEO |
"Reuters" nəşrində dərc olunan məqalədə isə qeyd edilir ki, hazırda dünya mediasının gündəminə çevrilmiş bu hadisənin təfərrüatları hələlik bəlli deyil.
Amma bəzi rusiyalı siyasətçilər və qurumlar tələsik şəkildə partlayışa görə Ukrayna tərəfini günahlandırıblar. Misal üçün, Rusiya Federasiyası İstintaq Komitəsinin bəyanatında deyilir ki, hücuma görə Ukrayna “xüsusi xidmət orqanları” məsuliyyət daşıyırlar. Hətta Rusiya Federasiyasının İstintaq Komitəsi bu faktla bağlı cinayət işi də qaldırıb.
The Kerch Strait Bridge is a logistically significant object.
— George Barros (@georgewbarros) July 17, 2023
Russia will only have 1 ground supply line - the costal highway on the Sea of Azov - to sustain (or evacuate) its tens of thousands of troops in occupied Kherson & Crimea if UKR manages to degrade/destroy the bridge. pic.twitter.com/f2Uaj6XE5u
Həmçinin qeyd edilib ki, işğal olunmuş Krım artıq Avropaya buraxılmayan rusların sevimli istirahət yerinə çevrilib. Kurort mövsümünün qızğın vaxtında Krım körpüsündə və onun girişlərində daimi olaraq böyük tıxaclar yaranırdı.
Tural Tağıyev
AzVision.az