Cənubi Osetiyanın ilhaqı təklifinə Gürcüstandan reaksiya

Cənubi Osetiyanın ilhaqı təklifinə Gürcüstandan reaksiya
  03 İyun 2014    Oxunub:871
“Cənubi Osetiyanın Rusiyaya birləşdirlməsi qanun pozuntusu deməkdir.”
Son zamanlar Cənubi Osetiyanın Rusiyaya ilhaqı məsələsi gündəmə gəlib. Artıq buna rəsmi Gürcüstan da reaksiya verib. Gürcüstanın xarici işlər naziri Maya Pancikidze bəyan edib ki, Cənubi Osetiyanın Rusiyanın tərkibinə daxil olması qeyri qanuni olacaq.

“ Tsxinvali hökumətinin istənilən de-fakto addımı qeyri-legitim xarakter daşıyır. Məhz buna görə də işğal olunmuş Gürcüstan torpaqlarının Rusiyaya birləşdirilməsi də qanun pozuntusudur”-deyə Pancikidze jurnalistlərə bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Cənubi Osetiyanını prezidenti Leonid Tabilov ölkənin yeni parlamentinin respublikanın Rusiya Federasiyasına birləşdirilməsi təklifi ilə çıxış edəcəyini bəyan etmişdi.

Cənubi Osetiyanın yeni parlamentinə seçkilər iyunun 8-də keçiriləcək.

Səbinə Həsənova
AzVison.az



Teqlər:  





Xəbər lenti