Bakıda 1939 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib

Bakıda 1939 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib
  17 İyul 2023    Oxunub:1283
Bakı Şəhəri üzrə Təh­sil İdarəsinin tabel­iyindəki ümumi təhsil müəssisələrinin 1​ 939 məzunu məktəbi fərqlənmə attestatı ilə bitirib.
AzVision.az xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb.

Belə ki,​ onlardan 1 029 nəfər ümumi orta təhsil səviyyəsi üzrə, 910 nəfər isə tam orta təhsil səviy­yəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.

Qeyd edək ki, ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları ümumi or­ta və ya tam orta tə­hsil səviyyəsində ox­uduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yeku­n) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir.

Onu da qeyd edək ki, məzunlara ümumi orta təhsil haqqında və ya tam orta təhsil haqqında fərqlənmə attestatlarının veril­məsi məsələsinə sinif rəhbərinin təqdima­tı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti