İranda aktyorun evinə polis basqını olub

 İranda aktyorun evinə polis basqını olub
  17 İyul 2023    Oxunub:975
Gənc aktyor Məhəmməd Sadiqinin İnstagramda canlı yayımı zamanı onun evinə hücum çəkən polis əməkdaşları akyoru həbs ediblər.
AzVision.az “Həmşəhri” qəzetinə istinadən xəbər verir ki, polislərin vəhşiliyini görən Məhəmməd Sadiqi özünü 3-cü mərtəbədən atmaq istəyib. Lakin yanğınsöndürənlər və məhkəmə məmurları tərəfindən onun bu cəhdinin qarşısı alınıb və aktyor olunub. Qəzet Sadiqinin agentlərə təhvil verildiyini və məhkəmə qərarı ilə onun barəsində istintaqın davam etdiyini bildirib.

İki gün əvvəl Məhəmməd Sadiqi məcburi hicabı və hicabsız qadınlara tətbiq olunan yeni sərtliyi tənqid edib.

Tehran Polis komandanlığının informasiya mərkəzinin açıqlamasında aktyorun cəmiyyətin asayişinin və təhlükəsizliyinin keşikçilərinə qarşı zorakılıq və ədəbsizliyi təbliğ etməkdə günahlandırıldığı və onun məhkəmə orqanı ilə koordinasiyadan sonra həbs edildiyi bildirilir.
Həmçinin, SEPAH-a bağlı “Fars” xəbər agentliyi qadın makiyajı edən Sadiqinin homoseksuallığın təbliği yolu ilə tamaşaçılar toplamağa çalışdığını yazıb.
AzVision.az


Teqlər: İran   həbslər  





Xəbər lenti