Çin “Taxıl sazişi”nin müddətinin uzadılacağına ümid edir

Çin “Taxıl sazişi”nin müddətinin uzadılacağına ümid edir
  18 İyul 2023    Oxunub:933
“Pekin Qara dəniz vasitəsilə taxılın daşınmasına dair sazişin tam həcmdə yerinə yetirilməsinə davam edəcəyinə ümid edir”.
Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin brifinqdə deyib. Onun sözlərinə görə, Çin qlobal ərzaq təhlükəsizliyini təmin etmək üçün bütün tərəflərlə daha sıx işləməyə hazırdır.

İyulun 16-da Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib ki, Ankara iyulun 17-də başa çatacaq Qara dəniz taxıl müqaviləsini uzatmağa ümid edir. Eyni zamanda, Ukrayna hökuməti taxıl müqaviləsinin uzadılmayacağını istisna etməyib və müqavilənin uzadılmaması halında məhsulların ixracı variantlarını nəzərdən keçirdiklərini bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti