“Barselona” Fransa çempionatında

“Barselona” Fransa çempionatında
  03 İyun 2014    Oxunub:929
İspaniyanın “Barselona” klubu Fransa çempionatına keçmək məsələsini nəzərdən keçirir.
Bu barədə AzVision.az Britaniya KİV-nə istinadən xəbər verir.

Klub Kataloniyanın İspaniyadan ayrılaraq müstəqilliyini elan edəcəyi təqdir də bu addımı atacaq.

Qeyd edək ki, bu yaxınlarda Avroparlamentə keçirilən seçkilərdə kataloniyalıların əksəriyyəti vilayətin İspaniyadan ayrılmasını dəstəkləyən partiyalara səs veriblər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti