Rusiya XİN rəsmi Kiyevi "terrorçu" adlandırdı

Rusiya XİN rəsmi Kiyevi "terrorçu" adlandırdı
  17 İyul 2023    Oxunub:797
"Kiyev rejimi terrorçudur və onlar beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmanın bütün əlamətlərinə malikdirlər".
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Krım körpüsündə baş verən partlayşlara reaksiya verərkən deyib.

Qeyd edək ki, Rusiya Milli Antiterror Komitəsi məlumat yayıb ki, Krım körpüsünə hücum olub. Hücumlar Ukraynanın iki pilotsuz suüstü aparatı tərəfindən həyata keçirilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  





Xəbər lenti