Deputatlara qadağa qoyuldu

Deputatlara qadağa qoyuldu
  03 İyun 2014    Oxunub:961
Türkiyə Böyük Millət Məclisində (TBMM) sosial şəbəkə olan İnstaqrama qadağa gəldi.
AzVision.az-ın Ans-ə istinadən verdiyi məlumata görə, indi Türkiyədə deputatlar bu şəbəkədən istifadə üçün icazə almalı olacaqlar. TBMM adıçəkilən sosial şəbəkəni zərərli saytlar siyahısına salıb. Belə ki, parlamentdə "İnstagram"a daxil olmaq istəyənlər qadağa haqqında xəbərdarlıqla üzləşirlər. Bu yazının altında isə "İnstagram"ın işlərdə gərəkli olub-olmadığı soruşulur. Saytdan istifadə etmək istəyənlər xüsusi forma doldurmaları tələb edilir.

Qeyd edək ki, Azərbaycanda deputatlara Milli Məclisə smartfon telefonlarla girmək yasaqlanıb. Bu qadağa bu ilin əvəllərindən tədbiq edilməyə başlanılıb.



Teqlər:





Xəbər lenti