Neft-qaz sektorundan büdcə daxilolmaları 2 % azalıb

 Neft-qaz sektorundan büdcə daxilolmaları  2 %  azalıb
  15 İyul 2023    Oxunub:1256
Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 6 648,7 milyon manat təşkil edib ki, bu da proqnozdan 19,7 % az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,5 % azdır.
AzVision.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 43 % təşkil edib. Azalma Dövlət Neft Fondundan (ARDNF) nəzərdə tutulandan 2 979 milyon manat az vəsaitin daxil olması ilə əlaqədardır.

Sektor üzrə daxilolmaların 60 %-i və yaxud 3 987,7 milyon manatı vergi daxilolmaları, 40 %-i və yaxud 2 661 milyon manatı ARDNF-dən transfert olub.

Vergi daxilolmalarının 66 %-i və 2 630,4 milyon manatı "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət vergisi, 24,9 %-i və yaxud 992,5 milyon manatı Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi müvafiq vergilər, 9,1 %-i və yaxud 364,8 milyon manatı isə "Azəri-Çıraq-Günəşli" neft yatağı üzrə mənfəət vergisinin payına düşüb.

AzVision.az



Teqlər: Qeyri-neft-qaz-Sektoru   Büdcə  





Xəbər lenti