Moskva aeroportunda təyyarə yanır - FOTO
Hava limanının mətbuat xidmətinin rəhbəri Roman Qenis yanğının olması faktını təsdiqləyib. Hazırda yanğınsöndürənlər yanğının qarşısını almağa çalışırlar.
Yanğın hava limanının işinə təsir etməyib. Təyyarə uzun müddət ərzində hava limanının dayanacağında qalıb. Hadisə zamanı onun göyərtəsində insan və hər hansı yük olmayıb.
Hazırda faktla bağlı araşdırmalara başlanılıb.
Eldar Tanrıverdiyev
AzVision.az