Əsəd ailəsi səs verdi - FOTO

Əsəd ailəsi səs verdi - FOTO
  03 İyun 2014    Oxunub:915
Hazırda vətəndaş müharibəsi gedən Suriyada bu gün prezident seçkiləri keçirilir.
AzVision.az xəbər verir ki, hazırkı prezident Bəşər Əsəd və xanımı Əsma Əsəd də səsvermədə iştirak edib. Onlar Dəməşqdə yerləşən səsvermə məntəqəsində səs veriblər. Müxalifət və Qərbin leqal saymadığı seçkidə namizədlər arasında favorit Bəşər Əsəddir. Ondan başqa iki nəfər – iş adamı Həsən əl Nuri və keçmiş millət vəkili Mahir əl Haccer – də favoritlər sırasındadır.

Fransanın “Le Figaro” qəzetinə müsahibə verən 54 yaşlı prezidnetliyə namizəd Əl Nuri deyib ki, o, Əsədə qarşı deyil.

Prezidentliyə namizəd vurğulayıb ki, o, xüsusilə iqtisadi siyasətin pis olduğunu düşünür. “AP” agentliyinə açıqlama verən 43 yaşlı namizəd Əl Haccer isə deyib ki, terrorla mübarizə və milli suverenlik istiqamətində Əsədin siyasətini dəstəklədiyini, amma digər məsələlərdə onunla razılaşmadığını bildirib.

Qeyd edək ki, ölkədə üsyan başlayandan, yəni 2011-ci ildən etibarən 160 min nəfərin ölümünə səbəb olan vətəndaş müharibəsi 2 milyon suriyalını sığınacaqlarda yaşamağa vadar edib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti