Ukraynanın hərbi təyyarələri vuruldu

Ukraynanın hərbi təyyarələri vuruldu
  03 İyun 2014    Oxunub:1022
Ukraynanın Slavyansk şəhərində separatçılar ölkənin Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” tipli təyyarəni, helikopteri, bir neçə tankı və bir BTR-i vurduğunu iddia edirlər.
Azvision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə xalq tərəfindən təyin edilən şəhər meri Vyaçislav Ponomaryov bildirib. Ukrayna rəsmiləri hələlik bu barədə məlumat verməkdən imtina edir. Hazırda Slavyansk şəhərinin üzərində Ukrayna ordusuna məxsus 8 helikopter uçur. Daha əvvəl Ukrayna aviasiyası şəhər ətrafına aviazərbələr endirib.

Bu arada ötən gün Ukrayna aviasiyasının Luqansk şəhərinə endirdiyi aviazərbələr zamanı 8 şəhər sakini ölüb, 28 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Bu barədə “Luqansk Xalq Respublikası” rəhbərliyi məlumat yayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti