Obamanın Avropa səfəri başladı
Prezidentlərin rəsmi danışıqları mayın 4-dən başlayacaq. Komomorovski ilə danışıqlardan sonra Obama, Polşanın baş naziri Donald Tuskla da görüşəcək. Daha sonra ABŞ və Polşa prezidentləri Varşavada “Saray” meydanında parlament seçkilərinin 25 illiyinə həsr olunmuş mərasimdə çıxış edəcəklər. Mərasimdə Fransa, Almaniya, Çexiya, Slovakiya, Macarıstan, Litva və Latviya prezidentləri də daxil olmaqla 40 ölkənin nümayəndələri də iştirak edəcək.
Polşa səfəri çərçivəsində Obama Mərkəzi və Şərqi Avropa ölkələrinin liderləri ilə də görüşlər keçirəcək.
Görüşlərdə əsasən Ukraynada böhran, Rusiyanın Ukraynaya qarşı siyasəti, regionda təhlükəsizlik məsələləri, sentyabrda keçiriləcək NATO sammitinə hazırlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.
Sabah B. Obama Ukraynanın yeni preizdenti Petro Poroşenko ilə də görüşü planlaşdırılıb.
Səbinə Həsənova
AzVison.az