"Bugünkü MİQ imtahanında 7 mindən çox namizəd iştirak edir"

   "Bugünkü MİQ imtahanında 7 mindən çox namizəd iştirak edir"
  13 İyul 2023    Oxunub:1257
"Bu gün ibtidai sinif müəllimi olmaq istəyən 7 mindən çox namizəd müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak edir".
AzVision.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ilk seans ölkə üzrə 29 mərkəzdə keçirilir.

"Bu il təqdim olunancaq 10 min vakant müəllimi yeri uğrunda 60 minə yaxın namizəd mübarizə aparacaq", - nazir müavini söyləyib.

H.Həsənli bildirib ki, müəllim peşəsinə maraq ildən-ilə artır: "Bu artan maraq şagirdlərimizin daha yaxşı təhsil almalarına imkan yaradacaq".

AzVision.az


Teqlər:





Xəbər lenti