ABŞ-da güclü daşqın: Yollar dağılıb, aviareyslər ləğv edilib

   ABŞ-da güclü daşqın:    Yollar dağılıb, aviareyslər ləğv edilib
  10 İyul 2023    Oxunub:2273
ABŞ-ın Nyu-York, Pensilvaniya, Nyu-Cersi ştatlarına düşən yağıntının miqdarı aylıq normaya bərabər olub.
Bir neçə bölgədə fövqəladə vəziyyət elan edilib. Hudzon çayının məcrasından çıxdığı, azı bir nəfərin öldüyü, bir neçə nəfərin isə itkin düşdüyü bildirilir. Körpülər dağılıb, magistral yollar su altında qalıb, 1500-dən çox aviareys ləğv edilib.

Hakimiyyət orqanları yerli sakinləri hündür yerlərə çıxmağa çağırıb. İnfrastrukturun dağılması səbəbindən xilasedicilər hələ də bəzi yaşayış məntəqələrinə gedib çıxa bilmirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti