İranda siyasi məhbus işgəncələrlə öldürüldü

İranda siyasi məhbus işgəncələrlə öldürüldü
  10 İyul 2023    Oxunub:909
İranın Piranşəhr bölgəsindən olan kürd siyasi məhbus Musa İsmaili müəmmalı şəkildə ölüb. Yaxınları onun Urmiya Kəşfiyyat İdarəsində Təhlükəsizlik Qüvvələrinin işgəncələri nəticəsində həyatını itirdiyini deyiblər.
AzVision.az xəbər verir ki, bu barədə Hengaw insan haqlarının saytı məlumat yayıb.

“Qərbi Azərbaycan Kəşfiyyat İdarəsinin əməkdaşları mayın 7-də axşam saatlarında İsmailini saxlayaraq onun avtomobilini müsadirə ediblər. Saxlanıldıqdan sonra Urmiya Kəşfiyyat Təcridxanasına köçürülən Musa işgəncələr nəticəsində öldürülüb. İsmailinin atası idarənin qərargahına çağırılıb və təhlükəsizlik qüvvələri ona sadəcə oğlunun təcridxanada ölməsi barədə qısa məlumat veriblər” - sayt yazıb.

Kürdüstan İnsan Haqları Şəbəkəsinin hesabatında isə qeyd olunur ki, mayın 7-də saxlanılan Musanın ailəsinin çoxsaylı müraciətlərindən sonra İran təhlükəsizlik orqanları onun kürd müxalifət partiyalarından birinə üzv olmaqda ittiham edildiyini açıqlayıb.

AzVision.az



Teqlər: İran  





Xəbər lenti