Nikkei nəşri: "Fransa NATO-nun Yaponiya qərarını əngəlləyir"

      Nikkei nəşri:    "Fransa NATO-nun Yaponiya qərarını əngəlləyir"
  10 İyul 2023    Oxunub:1227
NATO Tokioda nümayəndəliyini payızda və ya daha gec aça bilər.
AzVision.az xəbər verir ki, bu barədə "Nikkei Asia" öz mənbələrinə istinadən məlumat yayıb.

NATO ölkələri Ukrayna üçün təhlükəsizlik zəmanəti hazırlayır
Nəşrin məlumatına görə, əvvəlcə Vilnüsdə keçiriləcək sammitdə NATO-nun Yaponiyanın paytaxtında Asiyada ilk nümayəndəliyinin açılması məsələsinin razılaşdırılacağı planlaşdırılırdı. Mənbələr bildiriblər ki, bununla belə, bu məsələdə razılıq əldə etmək mümkün olmayıb. Bu, “Çin ilə münasibətlərinə dəyər verən” Fransanın mövqeyinə görə alınmayıb.

"Buna baxmayaraq, NATO və Yaponiya rəsmiləri müzakirələri davam etdirməyi planlaşdırırlar. Onlar çalışacaqlar ki, ilin sonuna doğru konkret qərar versinlər", - Nikkei yazır.

Xatırladaq ki, bir müddət öncə NHK və Politico nəşrləri də Parisin Tokioda NATO ofisinin açılmasına etiraz etdiyini yazmışdılar. NHK yazıb ki, Yaponiya hərbi blokun bir hissəsi olmasa da, NATO-nun iyulun 11-12-də Vilnüsdə Yaponiyanın baş naziri Fumio Kişidanın iştirakı ilə keçiriləcək sammitində alyansa potensial üzvlük məsələsi müzakirə olunacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   NATO   Yaponiya  





Xəbər lenti