Norveçdə azərbaycanlı ukraynalı qaçqını öldürüb

Norveçdə azərbaycanlı    ukraynalı qaçqını öldürüb
  10 İyul 2023    Oxunub:1015
Norveçdə Ukraynadan olan 30 yaşlı qaçqın öldürülüb. Hadisə Bergen şəhərindəki oteldə baş verib.
AzVision.az xəbər verir ki, bu barədə "Nettavisen" nəşri polisə istinadən məlumat yayıb.

Qeyd edilir ki, qətl ukraynalı qaçqınların məskunlaşdığı “Magic Hotel Solheimsviken”də baş verib. Qadını otel işçiləri otaqlardan birində huşsuiz halda tapıblar. Ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan ukraynalıqadın saat yarımdan sonra ölüb.

Qətldə şübhəli bilinən şəxs artıq saxlanılıb. Onun təxminən 30 yaşında Azərbaycan əsilli bir şəxs olduğu üzə çıxıb. Qeyd edilir ki, hər iki şəxsin münasibətləri olub və onların bir övladı da var. Uşaq anası ilə bir otaqda yaşayıb.

Şübhəli şəxs günahkar olmadığını iddia edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Qaçqın  





Xəbər lenti