Uşaq bağçasına hücum edərək 6 nəfəri öldürdü
Yerli polisin yaydığı məlumata görə, yerli vaxtla saat 7:40-da Quanqdonq əyalətinin Lianjiang adlı ərazisində 25 yaşlı Vu adlı gənc insanlara hücum edib.
Polislər qeyd ediblər ki, hadisə şahidləri bıçaqla silahlanmış cinayətkarın uşaq bağçasına qəfl basqın etdiyini görüblər. Bağçanın girişindəcə bir uşaq və iki orta yaşlı insan ağır xəsarətlər alıb.
Çin televiziyasının məlumatında isə qeyd edilir ki, uşaq bağçasının müəllimi, iki valideyn və üç uşaq həlak olub.
Tural Tağıyev
AzVision.az
Teqlər: Çin