"“F-16” tələbimizi İsveçin NATO-ya üzvlüyü ilə əlaqələndirməyin" - Ərdoğan
Telefon danışığı zamanı Ukraynanın NATO-dakı mövqeyi, İsveçin NATO-ya üzvlüyü, F-16-ların təhvil verilməsi və Türkiyənin Avropa Birliyinə (AB) tam üzvlük prosesi müzakirə edilib.
Ərdoğan deyib ki, Türkiyənin “F-16” tələbini İsveçin NATO-ya üzvlüyü ilə əlaqələndirmək düzgün deyil.
Türkiyə lideri vurğulayıb ki, İsveçdə terror təşkilatı olan PKK/PYD/YPG tərəfdarlarının sərbəst şəkildə terroru dəstəkləyən nümayişlər keçirməsi ölkənin NATO-ya üzv olması ilə bağlı atılan addımlarını puça çıxarır.
AzVision.az
Teqlər: