Fidan və Blinken Ukraynanı müzakirə ediblər

   Fidan və Blinken Ukraynanı müzakirə ediblər
  08 İyul 2023    Oxunub:1487
Türkiyənin xarici işlər naziri Hakan Fidan və amerikalı həmkarı Entoni Blinken arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, tərəflər telefon danışığında NATO-nun genişlənməsi, Vilnüsdə keçiriləcək NATO Liderlər Zirvəsi, BMT-nin Suriyaya transsərhəd yardım mexanizminin uzadılması və Ukraynadakı vəziyyət ətrafında fikir mübadiləsi aparıb.

AzVision.az



Teqlər: Fidan   Blinken  





Xəbər lenti