İranda qum fırtınası -5 ölü, 44 yaralı

İranda qum fırtınası -5 ölü, 44 yaralı
  03 İyun 2014    Oxunub:1314
İranın paytaxtı Tehranda baş verən qum fırtınasında ölənlərin sayı 5-ə çatıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 44 nəfər yaralanıb.

İran dövlət televiziyasının yaydığı məlumata görə, sürəti saatda 120 kilometrə çatan fırtına onlarla ağacı kökündən qoparıb, şəhərin bəzi yerlərini elektrik enerjisiz qoyub.

Ölən və yaralananların sayının artacağı ehtimal olunur.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti