"Papanın gül balası"ndan Namiq Qaraçuxurluya sürpriz - VİDEO

   "Papanın gül balası"ndan Namiq Qaraçuxurluya sürpriz -    VİDEO
  08 İyul 2023    Oxunub:2953
Meyxana ustadı və müğənni Namiq Qaraçuxurlu illər öncə çəkdirdiyi klipdə rol alan Eldar Muğamatoğlu ilə görüşüb.
AzVision.az xəbər verir ki, məşhur "Papanın gül balası” klipinə çəkilmiş Eldar jurnalist Pərviz Hüseynin "Pərvizlə” layihəsində iştirak edərkən meyxanaçı ilə bir araya gəlib.

Ən maraqlısı isə odur ki, Eldarın studiaya gəlməsi Qaraçuxurlu üçün sürpriz olub.

Qeyd edək ki, "Papanın gül balası” 2000-ci illərin əvvəllərində populyar və sevilən meyxanalardan olub.

Aygün Xankişiyeva
AzVision.az




Teqlər: NamiqQaraçuxurlu  





Xəbər lenti