Latviyanın yeni prezidenti vəzifəsinin icrasına başlayıb
49 yaşlı Rinkevics Latviya Universitetinin Tarix və Fəlsəfə fakültəsini, ABŞ Milli Müdafiə Universitetinin Milli Resurslar Strategiya Kollecini bitirib. Bir neçə il jurnalist işlədikdən sonra dövlət qulluğunda çalışıb. 1995-ci ildən Latviya Xarici İşlər Nazirliyində çalışıb, sonra prezident aparatına, 2011-ci ildə isə Xarici İşlər Nazirliyinə rəhbərlik edib.
AzVision.az
Teqlər: Latviya