İranda polis bölməsinə hücum olub: Ölən var
Bəzi məlumatlara görə, hücum edənlər polis bölməsinə soxulmağa cəhd edərkən ərazidə silah səsləri eşidilib. Şahidlər bildiriblər ki, terrorçular polis idarəsinin gözətçi qülləsinə çıxıb və yuxarıdan polisə atəş açıblar.
Vağzalın içərisindəki polis qüvvələri və baza xaricindəki təhlükəsizlik qüvvələri gərgin atışma zamanı hücum edənləri mühasirəyə alıb.
Qeyd edək ki, İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan Pakistan və Əfqanıstanla həmsərhəddir.
AzVision.az
Teqlər: İran