Lukaşenko Priqojinə: “Səni böcək kimi əzəcəklər” - BBC DETALLARI açıqladı |
"Mənim hesablamalarıma görə, Priqojin Putini Rusiya Federasiyasında həqiqi prezident seçkisi keçirməyə məcbur edəcək. O, xalqın qarşısına çıxıb deyəcək ki, "20 ildir sizi aldatdılar, seçkilər baş tutmadı və budəfəki seçim real olacaq. Aldadan, saxtakarlıq edən istənilən şəxsi güllələyəcəm. Mən öz namizədliyimi Putinin namizədliyinə qarşı irəli sürürəm", - keçmiş kəşfiyyatçı qeyd edib.
KQB polkovniki onu da əlavə edib ki, Priqojin gələn ilin martına qədər öldürülməsə, Rusiya Federasiyasının növbəti prezidenti Vaqnerin rəhbəri seçiləcək.
Jirnovun fikrincə, Priqojinə maneçilik törədilməsəydi və Rusiyadakı qiyama görə onunla danışıqlar aparılmasaydı, vaqnerçilər Moskvaya girib, atəş açmadan Kremli də ələ keçirəcəkdilər.
"Növbəti dəfə heç nə elan etməyəcəklər, Moskvaya gələrək Kremli zəbt edəcəklər. Sonra Priqojin oradan nalayiq sözlərlə video çəkəcək və Putini Kreml sarayında asacaq”, - deyə keçmiş kəşfiyyatçı proqnozlaşdırır.
Tural Tağıyev
AzVision.az