Siyari: Düşmənlərimiz “hicabı” və “xalqın dinini” hədəfə almışdılar

 Siyari: Düşmənlərimiz “hicabı” və “xalqın dinini” hədəfə almışdılar
  07 İyul 2023    Oxunub:1057
İran hökyməti və xüsusi xidmət orqanları ötən il ölkədə yaşanan sərt etiraz aksiyalarının arxasında xarici qüvvələrin məkrli niyyətlərinin dayandığı iddiasından əl çəkmirlər.
AzVision.az İRNA xəbər agentliyinə istinadən bildirir ki, SEPAH-ın Kəşfiyyat təşkilatı rəhbərinin müavini Mehdi Siyari 2022-ci il ümummilli etiraz aksiyalarının düşmənin planı və hicab məsələsini hədəfə almaq niyyəti ilə həyata keçirildiyini söyləyib.

“İranın düşmənləri keçən il diqqətini xalqın dininə yönəltdikləri üçün “hicab” məsələsini hədəfə alıblar. Ötən ildəki etiraz aksiyaları zamanı müxtəlif ölkələrin 50-dən çox kəşfiyyat xidməti İran ilə iş masası təşkil edib və onların əsas məqsədi İslamın məhvi olub. Keçəm il baş verənlər 2022-ci ilin fitnəsidir. 2023-cü ildə isə İranın düşmənləri daxili sabitliyi pozmaq, xaricdən təcrid etmək planı qururlar”, - Siyari deyib.

İranın təhlükəsizlik və məhkəmə rəsmiləri də ötənilki etirazları düşmənlərin fəaliyyəti ilə əlaqələndirir və hökumətin bu planı iflasa uğratmaq siyasətində uğur qazandığını iddia edirlər.
AzVision.az


Teqlər: İran   etirazlar  





Xəbər lenti