O, iddia edib ki, "Hər hansı hərəkət edən texnika daim hədəfdə saxlanılır". Bu baxımdan iş çox məhdud miqyasda aparılır.
Naxçıvana ekoloji təhdid: Ermənistan sərhəddə zavod tikmək istəyir |
Qeyd edək ki, Ermənistan Azərbaycan, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində, ermənilərin Yerasx adlandırdıqları Arazdəyən kəndində 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodunun inşasına başlayıb.
Rəsmi Bakı İrəvanın bu addımını regionun ekoloji təhlükəsizliyinə zərbə, beynəlxalq hüquq normalarına zidd olan əməl kimi qiymətləndirib.
Tural Tağıyev
AzVision.az