İran BMT TŞ-nin iclasında Ukraynanın iştirakına qarşı çıxıb
“İran bu hərəkəti nə konstruktiv, nə də vicdanlı” hesab edir və düşünür ki, bu, bəzi Qərb tərəflərinin bu saziş üzrə öhdəliklərini yerinə yetirməməsi və yerinə yetirməkdın yayındırmaq üçün kinli cəhddir. Qərb ölkələri İran PUA-larının Rusiyaya göndərilməsinə qarşı çıxır və Ukraynaya qarşı müharibədə Moskva tərəfindən bu dronlardan istifadə olunduğunu bilə-bilə İranı öz hərbi PUA-larının ixracını davam etdirməkdə günahlandırırlar. Lakin bu ittihamlar əsassızdır. İran Ukrayna münaqişəsinə münasibətdə neytral mövqeyini qoruyub saxlayır”, - İrəvani deyib.
İranı Ukrayna müharibəsində Rusiyanı silahla dəstəkləməkdə suçlandıran Avropa İttifaqı Tehrana qarşı bir neçə sanksiya tətbiq edib. İran isə Ukrayna müharibəsindən əvvəl Rusiyaya məhdud sayda hərbi PUA-lar verdiyini və bu müharibədə heç bir tərəfi dəstəkləmədiyini bildirir.
AzVision.az